Məzmuna keç

Postdan qaçan erməni hərbçilər həbs olundu

Ermənistanda bir qrup hərbçi həbs olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, müdafiə postunun komandiri, böyük və iki gözətçi döyüş və döyüş növbətçiliyi qaydalarını pozub.

Bu, noyabrın 16-da baş verən döyüşlər zamanı qeydə alınıb. İstintaq Komitəsinin məlumatında qeyd olunur ki, həmin gün sözügedən hərbçilər müdafiə postunu tərk edərək qaçıblar.