Məzmuna keç

Rusiyada avtobus qəzasında 5 nəfər öldü

Rusiyanın Ryazan vilayətində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, Moskvadan Həştərxan istiqamətində hərəkət edən “Neoplan” müntəzəm avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb, nəticədə 5 nəfər ölüb, ikisi azyaşlı olmaqla 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtobusda 52 nəfər olub. Xəsarət almayanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.