Məzmuna keç

Ermənistan türk aviaşirkətinə İstanbul-Yerevan-İstanbul reysləri üzrə uçuşa icazə verdi

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-Yerevan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əvvəl Ermənistanın “Flyone” şirkəti də analoji icazə alıb.