Papikyan sülhməramlıların yeni komandanı ilə görüşdü


  • 13 Yanvar 19:52

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya sülhməramlı kontingentinin yeni komandiri, general-mayor Andrey Volkovla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüşdə Cənub Hərbi Dairəsinin rəis müavini general-leytenant Rüstəm Muradov da iştirak edib.
Görüşdə tərəflər Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səylərini, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə ediblər.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dünən Andrey Volkovu qəbul edb. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

Oxşar xəbərlər