Məzmuna keç

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı 2014-cü ilin iyulunda "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərə görə" tətbiq etdiyi sektoral iqtisadi sanksiyaların müddətini altı ay uzadıb.

E-huquq.az xəbər verir ki, bu barədə cümə axşamı Aİ Şurasının yaydığı bəyanatda deyilir.

“Şura Rusiya iqtisadiyyatının konkret sektorlarına yönəlmiş qadağanedici tədbirlərin 6 ay müddətinə, 2022-ci il iyulun 31-dək uzadılması barədə qərar qəbul edib”, – məlumatda bildirilir.