Zelenski azərbaycanlıları təltif etdi


  • 14 Yanvar 21:10

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

E-huquq.az xəbər verir ki, “Report”un Şərqi Avropa bürosunun Ukrayna Prezident Ofisinin mətbuat xidmətinə istinadən məlumatına görə, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.

Oxşar xəbərlər