Almatıda iğtişaşlardan sonra 249 nəfər həbs edildi


  • 16 Yanvar 2022 19:20

Qazaxıstanın hüquq-mühafizə orqanları Almatı şəhərində baş verən iğtişaşlardan sonra 249 nəfəri həbs edib.

E-huquq.az xəbər verir ki, bu barədə bazar günü keçirdiyi brifinqdə Almatı şəhərinin prokuroru Berik Juyriktaev bildirib.

"Hazırda hüquq-mühafizə orqanları tərəfindən 405 cinayət işi üzrə araşdırma aparılır. Məhkəmənin sanksiyası ilə 249 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib", - deyə o, istintaqın aparılması üçün xüsusi idarələrarası istintaq qrupunun yaradıldığını bildirib.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlar bir neçə gün sonra iğtişaşlara və talanlara çevrilib. Onlar ölkənin bir çox şəhərlərində, ilk növbədə Almatıda polisə, hərbçilərə və hakimiyyət orqanlarına hücumlarla müşayiət olunub. Toqquşmalar zamanı minlərlə insan yaralanıb. Prezident Kasım-Jomart Tokayevin müraciətindən sonra KTMT ölkələri respublikaya sülhməramlılar göndərib. Hakimiyyət orqanlarının məlumatına görə, bütün bölgələrdə konstitusiya quruluşu bərpa olunub.

Oxşar xəbərlər