Məzmuna keç

Türkiyədə tanınmış vəkil güllələnərək öldürüldü –

Türkiyənin tanınmış vəkili Şafak Mahmutyazıcıoğlu qətlə yetirilib.

E-huquq.az xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Ş. Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə zamanı vəkilin sürücüsü də yaralanıb.

Faktla bağlı araşdırma aparılır.