Türkiyənin ədliyyə naziri Abdulhamit Gül vəzifəsindən kənarlaşdırılıb.
E-huquq.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama əsasən, Bəkir Bozdağ ədliyyə naziri təyin olunub.
Qeyd edək ki, 57 yaşlı Bəkir Bozdağ 2015-2017-ci illərdə də ədliyyə naziri kimi çalışıb. Bundan başqa o, Baş nazir müavini (2017-2018), həmçinin Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının deputatı olub.
Qeyd edək ki, Abdulhamit Gül 2017-ci ildə ədliyyə naziri təyin edilmişdi.
