Məzmuna keç

Ərdoğan koronavirusdan sağaldı

Koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sağalıb.

E-huquq.az xəbər verir ki, bu barədə həkim, professor Serkan Topaloğlu bildirib.

Onun sözlərinə görə, Ərdoğanın son iki gündə verdiyi PCR testlərinin cavabı mənfi çıxıb.

Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxub.