Məzmuna keç

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəldi

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərə gəlib.

E-huquq.az-ın məlumatına görə, bu barədə T.Klaar özünün "Twitter" səhifəsində yazıb.

"Bakıya qayıtmağıma şadam. Qarşılıqlı münasibətləri və gələcək addımları müzakirə etmək üçün sabahkı müzakirələri səbirsizliklə gözləyirəm", – deyə xüsusi nümayəndə bildirib.