Çexiya və Latviya Rusiya vətəndaşlarına viza verməyəcək.
E-huquq.az-ın məlumatına görə, Çexiya Prezidenti Miloş Zeman fevralın 24-dən öncə bəyan edib ki, Rusiya öz hərəkətləri ilə sülhə qarşı cinayət törədir.
"Bir neçə gün əvvəl dedim ki, ruslar dəli deyil və Ukraynaya hücum etməyəcəklər. Etiraf edirəm ki, mən yanılmışam" – deyə prezident bildirib.
O, Rusiyanı banklararası SWIFT sistemindən ayırmağa çağırıb: "Ağılsızları təcrid etmək lazımdır. Özü də təkcə sözdə deyil, konkret addımlar atmaqla müdafiə olunmaq lazımdır".
