Məzmuna keç

“Ukrayna ordusu düşmənin hücumlarını dayandırıb” –

“Silahlı Qüvvələrimiz Donbassda mükəmməl işlər görür. Ukrayna hərbçiləri düşmənin hücumlarını dayandırıb, əməliyyat fasiləsi yaranıb”.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski deyib.

“Xarkov istiqamətində vəziyyət çox çətindir. Qüvvələr şəhəri qorumaq üçün çalışır. Onlar etibarlıdır", – Ukrayna lideri bildirib.

Prezidentin sözlərinə görə, ən problemli vəziyyət cənubdadır.

“Qoşunlarımız Xerson ətrafında şiddətli döyüşlər aparır” Zelenskinin sözlərinə görə, rusiya Ordusu Krımdan Melitopol istiqamətində hərəkət etməyə çalışır.