Ukraynanın Qostomel hava limanı Rusiya hərbçiləri tərəfindən ələ keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin dəftərxanası məlumat yayıb.
Qeyd edilir ki, günortadan sonra ora rus desantları enib və ağır döyüşlər başlayıb.
Bundan əvvəl Rusiya Federasiyasının 20 KA-52 və Mi-8 helikopterinin Qostomel aerodromuna desant endirib.
Prezident Zelenski bildirib ki, düşmən desantının Qostomelə enməsinin qarşısı alınır. Qoşunlara onu məhv etmək əmri verildi.
