Ukraynadakı vəziyyətlə əlaqədar Avropa İttifaqı (Aİ) Şurasının xüsusi iclası başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Aİ Şurası Prezidentinin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.
Onun sözlərinə görə, keçiriləcək müzakirələrin məxfiliyini təmin etmək üçün elektron cihazların iclasda istifadəsinə icazə verilmir.
