Məzmuna keç

Ukrayna ordusu Rusiya tanklarının Kiyevə irəliləyişini dayandırmaq üçün körpünü partlatdı –

Rusiya tankları İvankov qəsəbəsindən Kiyev istiqamətində irəliləməyə başlayıb.

E-huquq.az Unian.net-ə istinadən xəbər verir ki, Rusiya tanklarının irəliləməsinin qarşısını almaq üçün Ukrayna ordusu Demidov kəndi yaxınlığındakı İrpen çayı üzərindəki körpünü partladıb.

Bundan sonra Rusiya tankları istiqaməti dəyişərək Qostomelə doğru irəliləyib.