Moskvada Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Suren Papikyan arasında görüş keçirilib.
E-huquq.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Şoyqu erməni həmkarına ölkəsinin KTMT sədri kimi Qazaxıstanda baş verən hadisələr zaman göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Papikyan isə çıxışında Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığın möhkəmləndiriləcəyini söyləyib: "Sizi əmin edə bilərəm ki, mən Ermənistan-Rusiya müdafiə sahəsində əməkdaşlığının daha da inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm”.
