Məzmuna keç

Zelenski: “Mən buradayam və silahı yerə qoymayacağıq”

“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib.

“Biz ordumuza və ölkəmizə inannırıq. Biz onu müdafiə edəcəyik! Yaşasın Ukrayna!”, – dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ötən gecə sosial şəbəkədə, xüsusilə teleqramda Ukrayna Prezidentinin adından kütləvi sayda dezinformasiyalar yayılmışdı.