Məzmuna keç

Kiyev-Jitomir körpüsü partladıldı –

Ukraynada Kiyev-Jitomir avtomobil yolunda körpü partladılıb.

E-huquq.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Stoyanka kəndi yaxınlığında baş verib.

Körpünün partladılması nəticəsində Kiyev və Jitomir şəhərləri arasında yerləşən bu körpü ilə hərəkət etmək qeyri-mümkün olub. Hadisənin detalları hələlik açıqlanmır.

Xatırladaq ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmaq və onların qarşısını almaq məqsədilə körpüləri partladırlar.