Məzmuna keç

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı oldu

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyənin dövlət başçısı V.Zelenski ilə telefon danışığında Ukraynanın daha çox zərər görməməsi ümidi ilə dərhal atəşkəs elan edilməsi üçün səy göstərdiyini bildirib.