Donetsk vilayətinin Volnovaxa şəhəri Ukrayna ordusunun nəzarətinə qaytarılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç brifinqdə bildirib.
“Düşmən dünən Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi nəticəsində Volnovaxa geri alınıb. Qoşunlarımız indi oradadır. Mariupol tab gətirir, problem yoxdur”, – deyə o əlavə edib.
