Məzmuna keç

Ukrayna Səhiyyə Nazirliyi itkilərin sayını açıqladı

Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölən və yaralananların sayını açıqlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın hücumları nəticəsində 14-ü uşaq olmaqla 352 mülki şəxs həlak olub.

Nazirlik həmçinin hücumlarda 116-sı uşaq olmaqla 1684 nəfərin yaralandığını bildirib.