Avstraliya Rusiya Prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək barədə qərar qəbul edib.
E-huquq.az xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Skott Morrison bildirib.
Morrison Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu deyib: "Putin Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə məsuliyyət daşıyır".
Baş nazir, həmçinin bildirib ki, Avstraliyanın tətbiq edəcəyi maliyyə və səyahətlə bağlı sanksiyalar Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, baş nazir Mixail Mişustin və daxili işlər naziri Vladimir Kolokoltsevə də şamil olunur.
