Məzmuna keç

Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar Rusiya ordusunun təxmini itkilərini açıqlayıb.

E-huquq.az xəbər verir ki, o, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvə itirdiyini bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı xüsusi hərbi əməliyyatın beşinci günü saat 6-ya qədər olan məlumata görə, Rusiyanın 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 “BUK” zenit-raket kompleksi, 21 “Qrad” qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi/qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.

Q. Malyar qeyd edib ki, bu məlumat ilkin xarakter daşıyır, hələ hesablamalar aparılır.