Fransa prezidenti E.Makron ukraynalı və rusiyalı həmkarları V.Zelenski və V.Putinlə telefonla danışıb.
E-huquq.az xəbər verir ki, Putin Makrona şərtlərini açıqlayaraq qeyd edib ki, münaqişənin həlli Rusiyanın təhlükəsizlik sahəsində maraqlarının təminatı, o cümlədən, Krım üzərində Rusiyanın suverenliyinin tanınması, Ukrayna dövlətinin silahsızlaşdırılması, nasistlərdən təmizlənməsi və Ukraynanın neytral statusunun təmin edilməsi ilə mümkün ola bilər.
Xatırladaq ki, rəsmi Kiyevin münaqişənin həlli ilə bağlı mövqeyi budur: Rusiya qoşunları Krım və Donbas da daxil olmaqla, bütün Ukrayna ərazisindən çıxarılmalıdır.
