Məzmuna keç

Zelenski Rusiyanı “dövlət terrorçuluğu”nda ittiham etdi

Ukrayna prezidenti Volodimir Zelenski dünya ölkələrini Rusiyanın "dövlət terrorçuluğunu həyat keçirdiyini" bəyan etməyə çağırıb.

E-huquq.az-ın məlumatına görə, bunu V.Zelenski videomüraciətində deyib.

"Xarkov. Qanadlı raketlə zərbə. Avropanın ən böyük meydanı, Azadlıq meydanında. Onlarla qurban var. Bax, belə bir səhər açılıb. Azadlığın qiyməti budur!" – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Xarkov vilayət administrasiyasının binasının yaxınlığına zərbə endirilib.