Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə danışıb.
E-huquq.az xəbər verir ki, söhbət zamanı Rusiyaya qarşı sanksiyalar və Ukraynaya müdafiə yardımı ilə bağlı müzakirələr aparılıb. “İndicə Co Baydenlə danışdım. ABŞ rəhbərliyi ilə anti-Rusiya sanksiyaları və Ukraynaya müdafiə yardımı məsələsini müzakirə etdik. Biz təcavüzkarı mümkün qədər tez dayandırmalıyıq. Dəstəyə görə minnətdarıq!”, – Zelenski bildirib.
