Məzmuna keç

Rusiya Zaporojyedə iki yaşayış məntəqəsini ələ keçirdi

Rusiya silahlı qüvvələri Ukraynanın Zaporojye vilayətində Tokmak və Vasilyevka yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, burada ukraynalı hərbçilər könüllü olaraq silahı yerə qoyublar: “Döyüşlərdə iştirakdan imtina barədə imza atdıqdan sonra onlar ailələrinin yanına qayıdacaqlar”.