Bu gün axşam saatlarında Belarusda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün gündəliyi açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə danışıqların iştirakçısı, Ukrayna Ali Radasının deputatı David Araxamiya feysbukda yazıb.
“2 saat sonra başlayırıq. Minimum proqramımız humanitar dəhlizlərdir. Daha sonra isə vəziyyətə uyğun hərəkət edəcəyik”, – deputat qeyd edib.
