Məzmuna keç

Bugünkü danışıqlarda hansı məsələ müzakirə olundu?

“Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu zamanı humanitar aspektlər ətraflı müzakirə olunub”.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib:

"Biz humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik, çünki indi kifayət qədər şəhərlər mühasirəyə alınıb, qida, dərman, təxliyə ilə bağlı dramatik vəziyyət yaranıb", – Podolyak danışıqların ikinci raundundan sonra deyib.