Rəsmi Ankara müharibənin dərhal və tam dayandırılması üçün lazım olan hər şeyi etməyə hazırdır. Türkiyə Antalyada Rusiya və Ukrayna XİN başçılarını görüşünün təşkilinə hazırdır.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, o, NATO-dakı həmkarlarını Ankaranın regionda apardığı balanslı və qətiyyətli siyasəti barədə məlumatlandırıb.
"Humanitar dəhlizlərin formalaşdırılması mühüm məsələdir, lakin bizim üçün mütləq prioritet müharibənin bitməsidir", – Çavuşoğlu əlavə edib.
Türkiyə diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.
