Məzmuna keç

Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun vaxtı açıqlandı

Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu bazar ertəsi, martın 7-də baş tutacaq.

E-huquq.az-ın məlumatına görə, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya məlumat verib.

"Danışıqların üçüncü raundu bazar ertəsi baş tutacaq", – Araxamiya bildirib.

Daha əvvəl Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 5-də və ya 6-da baş tuta bilər.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin də martın 4-də telefon danışığı zamanı Almaniya kansleri Olaf Şolsa Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundunun bu həftəsonu keçiriləcəyini bildirib.