Kiyev vaxtı ilə səhər saat 5 radələrində Ukrayna Teleqram kanalları Xarkov şəhəri üzərində təyyarənin uçduğunu və partlayışların olduğunu yazıblar.
E-huquq.az xəbər verir ki, partlayışların Aleksiyivka, “Yeni Evlər”, HTZ, Saltivka, 23 Avqust ərazilərində və şəhərin mərkəzində eşidildiyi bildirilir.
“Xarkov üzərində təyyarə uçur, yenə partlayışlar eşidilir. Sığınacaqlarda qalın”, – “Суспільне.Харків” Teleqram kanalı yazıb.
Bundan əlavə, “Труха” Teleqram kanalı gecə saatlarında Xarkovun bombalanmasının nəticələrini əks etdirən videonu dərc edib.
