Məzmuna keç

Ukraynada hava həyəcanı elan edildi, Kiyevdə partlayışlar oldu

Ukraynanın bir çox şəhərlərində hava həyəcanı siqnalı verilib, sirena səsləri eşidilir.

E-huquq.az xəbər verir ki, bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Sakinlərdən təcili olaraq sığınacaqlara getmələri və müharibə zamanı təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.

Məlumata görə, hazırda ölkədə raket zərbəsi təhlükəsi var. Bundan əlavə, Lubna, Svetlovodsk, Kamenes-Podolsk, Uman, Starokonstantinovka, Xmelnitsk, Jitomir, Korosten, Vasilkov, Beloy Çerkov, Qostomel və Vinnisa şəhərlərində, Kirovoqrad, Volınsk, Sumı, Rovensk vilayətlərində hava həyəcanı elan edilib.

Paytaxt Kiyevdə də partlayış səsləri eşidilir. Buna görə də sakinlərə də sığınacaqda qalmaları tövsiyə olunur.