Kiyev vilayətinin Vışqorod şəhərində Ukrayna hərbçiləri düşmənin daha bir helikopterini vurub.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
"Vışqorod. Mənfi bir düşmən helikopteri. Qələbə üçün birlikdə", – məlumatda deyilir.
UNİAN-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların Vışqoroda hücuma hazırlığı davam edir. Həmçinin, düşmən Qostomel, İrpen, Stoyanka yaşayış məntəqələrinə hücumu bərpa etməyə hazırlaşır.

