Məzmuna keç

Macarıstan öz ərazisindən Ukraynaya silah daşınmasını qadağan etdi

Macarıstanın Baş naziri Viktor Orban Macarıstan ərazisindən Ukraynaya silah daşınmasını qadağan edən fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat verib.

“Bu, hərbi əməliyyatların getdikcə Macarıstan ərazisinə yaxınlaşdığına dair xəbərdarlıq siqnalıdır”, – Orban bildirib.

Baş nazir qeyd edib ki, onlar müharibəni dayandırmağa və sülhü təmin edəcək danışıqlara başlamağa çalışırlar.