Məzmuna keç

“Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırdı

ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

““Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir. Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, – deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər.