Məzmuna keç

Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başa çatdı –

Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş bir saat davam edib.

Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

***12:28

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

E-huquq.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi görüşdə iştirak edir.

Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.