Məzmuna keç

Ərdoğanın sözçüsü: “Putinlə Zelenski yaxın gələcəkdə görüşəcək”

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin heç bir tərəddüd etmədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək”.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, yaxın zamanda Rusiya və Ukrayna prezidentlərinin görüşü ola bilər: “Məncə, bu, çox yaxşı əlamətdir. Belə bir görüşün yaxın gələcəkdə baş tutmasının mümkünlüyünü ehtimal etməyə hər cür əsas var”.