Məzmuna keç

Rusiya-Ukrayna müharibəsinin 16-cı günündə baş verənlər

İşğalın 16-cı günündə rus qoşunları daha əvvəl ən ağır hücumdan xilas olmuş bir neçə Ukrayna şəhərini hədəf alaraq hücumlarını genişləndirib.

E-huquq.az xəbər verir ki, Dnepr şəhərinin mərkəzinə birbaşa zərbələr endirilib, hava zərbələri ayaqqabı fabrikini, yaşayış binasını və uşaq bağçasını hədəf alıb. BBC-nin müxbiri Sarah Rainsford şəhərdən reportaj hazırlayarkən, buranın Rusiyanın davamlı hücumlarından xilas olmağa çalışan insanlar üçün bir sığınacaq olduğunu qeyd edib. Ölkənin qərbində yerləşən Lutsk şəhərinin meri bildirib ki, oradakı hərbi aerodroma endirilən aviazərbələr nəticəsində azı 4 Ukrayna əsgəri həlak olub.

İvano-Frankovsk vilayətinin cənub-qərbində daha bir aerodrom vurulub. Rusiya prezidenti Vladimir Putin əcbəni könüllülərin Ukrayna qüvvələrinə qarşı döyüşməsinə də icazə verib.

O, Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib ki, Ukraynanın şərqində Rusiya ilə birgə Ukraynaya qarşı üçün könüllü döyüşmək istəyənlərə icazə verilməlidir.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yaxın Şərqdə Rusiyanı dəstəkləyən qüvvələrlə birgə döyüşməyə hazır olan 16 min könüllünün olduğunu bildirib.

ABŞ rəsmiləri bildiriblər ki, onların sırasına şəhər döyüş bacarıqları olan suriyalılar da daxil ola bilər. Lakin analitiklər bu cür döyüşçülərin Rusiya üçün faydalı olacağına şübhə ilə yanaşırlar.