Ukrayna nümayəndə heyətinin üzvü, Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda çərşənbə axşamına qədər texniki fasilə verildiyini bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. “Danışıqlarda sabaha qədər texniki fasilə verilib. İşçi alt qruplarda əlavə iş və bəzi məqamların dəqiqləşdirilməsi üçün danışıqlar davam edir", – Podolyak qeyd edib.
Qeyd edək ki, bu gün onlayn formatda Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu keçirilib.
