Məzmuna keç

Xarkovda uşaq bağçası atəşə tutuldu, ölən var –

Rusiya Silahlı Qüvvələri Çuquyevdə (Xarkov vilayəti) uşaq bağçasını atəşə tutub.

E-huquq.az xəbər verir ki, nəticədə 15 yaşlı yeniyetmə həlak olub. Bir sıra fərdi evlərə də ziyan dəyib.

Xarkov vilayət prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.