Məzmuna keç

Sərdar Berdıməhəmmədov Türkmənistanın yeni prezidenti seçilib

Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçilib.

E-huquq.az xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.

Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.

MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:

– Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov – 2,02%;

– Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov – 7,22%;

– Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıəhəmmədov – 72,97%;

– Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov – 2,22;

– “Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov – 1,08%;

– Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev – 11,09%;

– Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov – 1,15%;

– Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev – 1,16%;

– Dövlət Energetika İnstitutunun “Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev – 1,09%.