Rusiya və Ukrayna müharibəyə son qoya biləcək plan hazırlayıblar.
E-huquq.az-ın xəbərinə görə, Financial Times iddia edib ki, razılaşma layihəsi 15 maddədən ibarətdir.
Onların arasında Kiyevin NATO üzvlükdən imtinası, silahlı süvvələrin məhdudlaşdırılması və xarici hərbi bazaların, silahların yerləşdirilməməsinə dair maddələr var.
Buna cavab olaraq Rusiya qoşunları çıxarır.
Ukrayna üçün isə təhlükəsizlik zəmanətini ABŞ, Britaniya və Türkiyə verir.
