Məzmuna keç

Rusiya və Ukrayna arasında razılaşma əldə olundu

Rusiya tərəfi Ukrayna hərbçiləri ilə Çernobıl atom-elektrik stansiyasının təhlükəsizliyinin birgə təmin olunması barədə razılıq əldə edib.

E-huquq.az xəbər verir ki, barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O qeyd edib ki, tərəflər enerji bloklarının və sarkofaqların təhlükəsizliyinə birgə nəzarət edəcəklər.

“Rusiya hərbçiləri tərəfindən Çernobıl AES-in nəzarətə götürülməsi onun təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə həyata keçirilib”, – diplomat vurğulayıb.

M.Zaxarova bildirib ki, Rusiya tərəfi sözügedən obyektin təhlükəsizliyini təmin etmək üçün bundan sonra da hər cür səy göstərmək niyyətindədir.

Mənbə: RİA Novosti