Çavuşoğlu: “Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”
“Rusiya ilə Ukrayna arasında kritik və vacib məsələlər üzrə yaxınlaşma var”.
E-huquq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Hurriyet”ə müsahibəsində bildirib.
“Biz 4 maddə üzrə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü görürük. Bəzi məsələlər barəsində qərarı rəhbərik qəbul etməlidir. Əgər tərəflər indiki mövqelərindən əl çəkməzlərsə, atəşkəsə ümid var”, – nazir qeyd edib.
Qeyd edək ki, Mövlud Çavuşoğlu martın 16-da Moskvada, 17-də isə Lvovda səfərdə olub.

