Litva dövləti Rusiya və Belarusun UNESKO-ya üzvlüyünü dayandırılmasını təklif edib.
E-huquq.az xəbər verir ki, təklif edilən layihədə Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq hüququn və BMT nizamnaməsinin prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.
Rusiyanın bu addımlarının, eyni zamanda, UNESKO-nun missiyası və dəyərlərinə də zidd olduğu qeyd edilib.
Litva Ukrayna hadisələri ilə əlaqədar Rusiya Federasiyası və Belarusun UNESKO-ya üzvlüyünün dayandırılması təklifi ilə çıxış edəcək. Qeyd edilib ki, Rusiyanın Ukraynadakı hərəkətləri Avropada və bütün dünyada təhlükəsizlik və sabitliyə təhlükə yaradır.
Qətnamə layihəsi sabah müzakirə olunacaq.
