Məzmuna keç

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Lavrovla görüşəcək

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer bu gün Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcək.

E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

P.Maurer sabah, martın 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

“Rusiya BQXK-nin Ukraynada vasitəçilik səylərini alqışlayır. Əminik ki, Peter Maurerin Moskvaya səfəri Rusiya ilə BQXK arasında bu sahədə əməkdaşlığı daha da gücləndirəcək”, – nazirlikdən bildirilib.