Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.
E-huquq.az "Euronews"a istinadən xəbər verir ki, spiker siyasətçinin vəziyyətinin həqiqətən ağır olduğunu deyib, ona sağalmağı arzulayıb.
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, Jirinovskinin vəziyyəti stabil qiymətləndirilir, həkimlər mümkün olan bütün tibbi yardımı göstərməkdə davam edirlər.
Qeyd edək ki, 76 yaşlı rusiyalı siyasətçi fevralın 2-dən xəstəxanada COVID-19-dan müalicə olunurdu. Bir müddət əvvəl Jirinovskinin vəziyyətinin ağır olduğu, həkimlərin ona septik şok diaqnozu qoyduğu bildirilmişdi.
*** 12:56
Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.
E-huquq.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.
Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib.
Qeyd edək ki, daha öncə "Mash" teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.
