Məzmuna keç

Bayden Varşavada ukraynalı qaçqınlarla görüşüb –

ABŞ Prezidenti Co Bayden Polşada ukraynalı qaçqınlarla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Amerikalı lider Varşavanın Milli Stadionunda həm qaçqınlarla həm də onlara kömək edən könüllülərlə söhbət aparıb.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-dən martın 21-dək Ukraynadan qonşu dövlətlərə 3,5 milyondan çox qaçqın gəlib.